Bakıda intihar edən şəxs məşhur müğənninin qızı ilə sevgili imiş?-ŞOK İDDİALAR

Bakıda intihar edən şəxs məşhur müğənninin qızı ilə sevgili imiş?-ŞOK İDDİALAR Bakıda Nərimanov rayonunda 36 yaşlı şəxs özünü "AA" serialı maşının yanında "Koloşnikov"la güllələyərək öldürüb.

Mediapost-un məlumatına görə intihar edən şəxs Ramin Alməmməd oğlu Əliyev evli olduğu halda məşhur ifaçılardan birinin qızı ilə gizli sevgi münasibəti yaşayırmış. Onun sevgilisinə məşhur yaşayış komplekslərinin birindən ev aldığı da deyilir.
İddialara görə, intihar edən şəxsin sahib olduğu "Kəlam MTK" tikinti şirkəti ona qayınatası tərəfindən hədiyyə edilib. Bu münasibətdən xəbər tutan R. Əliyevin qayınatası onun əlindən bütün var-dövlətini, həmçinin sevgilisinə verdiyi evi də alıb.
Qonşuların verdiyi məlumata görə isə R.Əliyev intihar etdiyi binanın 12-ci mərtəbəsində məşuqu ilə birlikdə yaşamaq üçün ev tutub. Həyat yoldaşı və anasının onu sevgilisi ilə birlikdə həmin evdə tutmasından sonra həyətdə intihar etdiyi iddia edilir.

Nəsimi Rayon Prokurorluğundan Trend-in sorğusuna cavab olaraq bildirilib ki, noyabrın 15-də saat 16 radələrində 1984-cü il təvəllüdlü Ramin Əliyevin Nəsimi rayonu, M.Zeynalabdıyev küçəsi 8 saylı binanın qarşısında özünə məxsus yivsiz ov silahı ilə baş nahiyyəsinə atəş açaraq özünü öldürməsi barədə Nəsimi Rayon Prokurorluğuna daxil olmuş məlumat əsasında prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülmüş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.
Fakta görə Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanmış, zəruri ekspertizalar təyin edilmişdir.
İntiharın səbəblərinin araşdırılması məqsədilə mərhumun ailə üzvlərinin, qonşuların və digər şəxslərin ifadələri alınıb.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

15 noyabrda Bakının Nəsimi rayonunda iş adamı Ramin Əliyevin (1984-cü il təvəllüdlü) intihar etməsinin bəzi təfərrüatı məlum olub.
Qeyd edək ki, R.Əliyev Mehbalı Zeynalabdıyev küçəsi, 8 saylı binanın qarşısındakı həyətdə avtomobilinin baqajından ov silahını götürərək, başına atəş açıb.
R.Əliyevin cəsədi saat 16:00 radələrində tapılıb.
Rayon prokurorluğundan Oxu.az-a verilən məlumata görə, faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hüquq-mühafizə orqanlarındakı digər mənbələrdən əldə edilən məlumata görə, iş adamının biləklərində təzə kəsiklər tapılıb ki, bu da R.Əliyevin ən azı daha bir dəfə intihara cəhd etdiyini göstərir.
Həmçinin, məlum olub ki, R.Əliyev qayınatasına məxsus böyük tikinti şirkətində yüksək vəzifə tutub.
Qeyd edək ki, bu tikinti şirkəti "İnşaatçılar" metrostansiyasının yaxınlığında bir sıra yaşayış binaları ucaldıb.
Mərhumu intihara sövq edən səbəb hələlik məlum deyil.
Dindirmə zamanı R.Əliyevin yaxınları və dostları onun son vaxtlar qəribə davrandığını, rəftarında nəzərəçarpacaq dərəcədə narahatlıq müşahidə edildiyini söyləyiblər.
Bəzi məlumatlara görə, intihar Əliyevlər ailəsində yaranan münaqişənin nəticəsidir.
Hüquq-mühafizə orqanları isə bildirib ki, bu versiya araşdırılır, lakin hələ təsdiqini tapmayıb.

Mediapost.az
Geri qayıt