Əgər marağınız yoxdursa, siz niyə bu qərarı müdafiə edirsiniz? - Natiq Cəfərlidən Gömrük Komitəsinə sual...

Əgər marağınız yoxdursa, siz niyə bu qərarı müdafiə edirsiniz? - Natiq Cəfərlidən Gömrük Komitəsinə sual... Azərbaycanın əsas problemlərindən birinə çevrilən Gömrük Komitəsinin fəaliyyətində prezidentin apardığı islahatlar çərçivəsində dəyişikliklərin baş verməməsini hansı siyasi, ya da iqtisadi səbəblər var?..

İqtisadçı-ekspert: “Gömrük Komitəsi müstəqillikdən üzü bəri iş adamlarının və vətəndaşların ən çox narazı qaldığı qurumların başında durur”.

“Vətəndaşların istifadə üçün poçt sifarişlərin üç dəfədən çox aşağı salınmasını, ölkəyə gətirilən məhsulların dəyərinin 1500 dollardan 800 dollara salınmasını Gömrük Komitəsinin rəhbərliyində təşkil oluban şəxslər tərəfindən açıq şəkildə müdafiə etməsindən görünür ki, bu qərarın verilməsində Gömrük Komitəsinin rəhbərliyi öz maraqlarını önə çəkib”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli Gömrük Komitəsindən ola narazılıqları və qurumun fəaliyyətini PİA.az-a şərh edərkən vurğulayıb.

Qeyd edək ki, sahibkarlar və ölkə əhalisinin böyük hüssəsi Gömrük Komitəsinin işindən uzun illərdir ki, narazıdır. İlk fəaliyyətə başladığı dşnəmdən böyük rüşvət və korrupsiya yuvasına çevrilən bu qurumdan son günlər isə bu narazılıq daha aydın hiss olunmağa başlayıb. Gömrük Komitəsinin sədri rüşvət olaraq sahibkarlardan alınan əlavə ödənişlərin ləğv olunduğunu dəfələrlə bildirsə də, bu ödənişlər yenə də alınmaqda davam edir və sahibkarlar bunu açıq şəkildə isbat edirlər. Bununla bağlı sahibkarların etiraz səsləri də sosial şəbəklərdə və mətbuatda demək olar ki, hər gün yayılmaqdadır. İctimaiyyətə və mediyaya qarşı isə Komitədən saymazyana və kobud cavablar səsləndirilir.
Demək olar ki, Azərbaycanın əsas problemlərindən birinə çevrilən bu qurumun fəaliyyətində prezidentin apardığı islahatlar çərçivəsində dəyişikliklərin baş verməməsini hansı siyasi, ya da iqtisadi səbəblərlə əlaqləndidirmək mümkündür? Hansı səbəbdən Gömrük Komitəsi hələ də ölkədə üst qurum kimi tanınmaqdadır və buradakı özbaşınalıqlar heç bir sərhəd tanımır?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərliyə müraciət edib.

Natiq Cəfərli: “Gömrük Komitəsinin ayrıca qurum kimi qalması artıq mümkün deyil”.

Gömrük orqanlarının maksimum Nazirlər Kabinetinin verdiyi qərardan irəli gələn addımları atacağını və bu qərarın yerinə yetirilməsi üçün çalışacağını bildirə bilməsini düşünən ekspert bildirib ki, amma belə olmadı. Bir neçə gündür ki, Gömrüyün rəhbərliyi bu qərarın müdafiəsinə, lobbiçiliyinə çalışır:

“Doğrudan da Gömrük Komitəsi müstəqillikdən üzü bəri iş adamlarının və vətəndaşların ən çox narazı qaldığı qurumların başında durur. Bu orqanla bağlı kifayət qədər böyük problemlər olub. Gömrük orqanlarının öz maraqları çərçivəsində fəaliyyət göstərməsinin və kobud, bilərəkdən yol verilən qanun pozuntularının olmuşuq.

Gömrük orqanları öz işinin fəlsəfini, işləmə qaydalarını öncədən yaxşı dərk etməyib. Gömrük orqanlarının tarixi vəzifəsi daxili istehsalın qorunması üçün atılan addımlarda dövlətə yardımçı olmaqdır. Hətta orta əsrlərdən üzü bəri Gömrük orqanlarının işçilərinin hərbi rütbə daşıması da bununla əlaqədardır. Yəni bu sahəyə hərbiçilər rəhbərlik edib və yaxud da nəzarət edib. İndi bizdə də Gömrük orqanlarının hərbi rütbə daşıdığını görürük. Hesab edirəm ki, bu rütbənin məğzini Gömrük orqanlarının özləri dərk etmirlər.
Son qərarı, yəni vətəndaşların istifadə üçün poçt sifarişlərin üç dəfədən çox aşağı salınmasını, ölkəyə gətirilən məhsulların dəyərinin 1500 dollardan 800 dollara salınmasını Gömrük Komitəsinin rəhbərliyində təşkil oluban şəxslər tərəfindən açıq şəkildə müdafiə etməsindən görünür ki, bu qərarın verilməsində Gömrük Komitəsinin rəhbərliyi öz maraqlarını önə çəkib. Gömrük icra qurumudur və hər hansı bir qərarın verilməsinə cavabdeh deyil. Gömrük orqanı hökümət tərəfindən verilən qərarın icrası ilə məşğuldur.

Natiq Cəfərli: “Gömrük Komitəsinin sədri qərarın verildiyini və dəyişdirilə bilməzliyini bildirdi. Bu absurddur. Çünki qərarı Gömrük Komitəsi vermir”.

Gömrük orqanları maksimum çıxıb deyə bilərdilər ki, Nazirlər Kabinetinin verdiyi qərardan irəli gələn addımları atacağıq və bu qərarın yerinə yetirilməsi üçün çalışacağıq. Amma belə olmadı. Bir neçə gündür ki, Gömrüyün rəhbərliyi bu qərarın müdafiəsi üçün çalışır, faktiki olaraq lobbiçilik edir. Bu da ən azından sual yaradır ki, əgər marağınız yoxdursa, siz niyə bu qərarı müdafiə edirsiniz?
Qeyd edim ki, Gömrük Komitəsinin sədri qərarın verildiyini və dəyişdirilə bilməzliyini bildirdi. Bu da absurddur. Çünki qərarı Gömrük Komitəsi vermir. Qərarı Nazirlər Kabineti verir. Deməli qərarı Nazirlər Kabineti də dəyişdirə bilər və bu Gömrük Komitəsindən asılı məsələ deyil. Hətta prezidentin də səlahiyyəti var ki, bu tipli qərarları dayandırsın və yeni qaydaların tətbiq olunması üçün fərman, göstəriş versin. Gömrük Komitəsi öz səlahiyyətlərini aşaraq qərarın dəyişdirilməz olduğunu bəyan edir. Bu da həmin qərarın qəbul edilməsində lobbiçilik işlərinin Gömrük Komitəsi tərəfindən həyata keçirilməsinin sübutudur. Gömrük Komitəsi açıq şəkildə bu məsələdə tərəf kimi çıxış edir və qərarla bağğlı açıq maraq nümayiş etdirir. Halbuki qərarla bağlı etirazlara hökümət aydınlıq gətirməli və cavab verməlidir. Hökümət isə susur, bunun əvəzinə isə Gömrük Komitəsi dil-boğaza qoymur. Burdan da sual yaranır: icraçı qurumun marağı nədir, niyə öz işi ilə məşğul olmur?
Bundan başqa ölkə prezidenti bir neçə dəfə çıxışlarında Azərbaycanda liberal iqtisadiyyata keçidin vacibliyini vurğulayıb və bununla bağlı müəyyən addımların atılması gözlənilir. Amma Nazirlər Kabineti tərəfindən verilmiş və Gömrük Komitəsi tərəfindən ciddi şəkildə müdafiə edilən son qərar liberal iqtisadiyyatın elementlərinə və yanaşmasına daban-dabana zidd qərardır.

Natiq Cəfərli: “Bütün gömrük və rüsumların artıq bir mərkəzdə cəmlənəsinə ehtiyac var”.

Gömrük Komitəsi ayrıca qurum kimi çox nadir ölkələrdə var. Bizdə Rusiya modelidir. Əksər ölkələrdə isə Gömrük Komitəsi ya Maliyyə Nazirliyinin, ya da Vergilər Nazirliyinin nəzdində bir departament kimi fəaliyyət göstərir. Vergi və gömrük rüsumu bir mərkəzdən idarə olunur. Bizdə də artıq zamanı yetişib. Gömrük Komitəsinin müstəqil qurum kimi qalmasının mənası yoxdur və buna ehtiyac da yoxdur. Bütün gömrük və rüsumların artıq bir mərkəzdə cəmlənəsinə ehtiyac var.

Yeri gəlmişkən qeyd edim ki, Gömrük Komitəsinin yığdığı vəsaitin böyük əksəriyyəti də əlavə dəyər vergisidir. Əlavə dəyər vergisi də adından da göründüyü kimi vergi növüdür və vergi növü olduğu üçün də Gömrük Komitəsi tərəfindən yığılması başqa bir absurd vəziyyət yaradır. Buna görə də Gömrük Komitəsinin ayrıca qurum kimi qalması artıq mümkün deyil. Hətta zamanın tələbidir ki, Gömrük Komitəsi ayrıca qurum kimi qalmasın. Gömrük Komitəsi İqtisadiyyat Nazirliyinin tərkibində olmalıdır və İqtisadiyyat Nazirliyi vergi, gömrük siyasəti aparacaq mərkəzə çevrilməlidir. Bu qərardan sonra artıq heç kəsə sirr deyil ki, Gömrük Komitəsinin ayrıca qurum kimi qalması bu sahədə dəyişikliyə və islahata heç bir yol açmayacaq. Komitə özünə sərf edəcək qərarların lobbiçiliyini edən korrupsioner və monopolist bir qurum olaraq qalacaq”.
Geri qayıt