Səfər Mehdiyevin ayağı yer alacaq... - Əgər qərar geri oxunmasa...

Səfər Mehdiyevin ayağı yer alacaq... - Əgər qərar geri oxunmasa... - "Bundan sonra kimsə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevi durdura bilməz. Elektron ticarətlə bağlı Nazirlər Kabinetinin məlum dəyişkliyi məsələsində məhz Səfər Mehdiyevin absurd ambisiyalarının dövlət tərəfindən dəstəklənməsi cəmiyyət tərəfindən böyük etirazla qarşılandığı kimi, digər tərəfdən də DGK sədri üçün əlavə imkanlar yaradıb. Bu, bir növ... "dəliyə yel ver, əlinə bel ver..." anlamı kimi qəbul edilməlidir. Səfər Mehdiyev artıq istədiyini edə biləcək. O, "yuxarıları" inandıra bildi ki, illik lap elə 200 milyon olsun - bu qədər qənaətlə büdəcəyə faydalı olacaq... Amma daha kimsə soruşmadı ki, təkcə karqo sistemindən oğurlanan 1 milyarddan artıq vəsaitin yanında bu məbləğ olduqca gülüncdür". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Daha sonra məqalə müəllifi yazır: "DGK sədri bu prosesdə özünün hansı dərəcədə səbatsız və gömrük işindən uzaq birisi olduğunu da nümayiş etdirdi. Amma görünəni və fakt olanı odur ki, burada kimisə Səfər Mehdiyevin sburd arqumentləri maraqlandırmır. Yalançı sədaqət və hay-küyçü gedişləri ilə Səfər Mehdiyev cəmiyyət tərəfindən ciddi etirazla qarşılanan bir prosesin qalibi kimi çıxdı. Artıq o, millətin üzərindəki qələbəsini qeyd edə bilər. Bu işdə ona yandaş olan bəzi tanınmışları isə heç anlamaq olmur. Ola bilsin ki, bu gün qəbul olunan qərar onlarlın şəxsi ailə büdcəsinə hansısa formada və yaxud da ciddi şəkildə təsir etmir. Amma burada məsələ genəl olaraq millətin büdcəsindən gedir və faktdır ki, insanlarımız ən azından 20 gün sonra bu bibarçı dəyişikliyin fəsadlarını birbaşa olaraq üzərlərində hiss edəcəklər.

Bu gün Səfər Mehdiyev nə etdiyinin fərqində deyil. Amma biz fərqindəyik və fakt odur ki, insanlar yavaş-yavaş məhz Səfər Mehdiyev kimilərinin hesabına narazı salınır. Bunu isə "yuxarılar"ın məqsədli olaraq etdiyini kimsə iddia edə bilməz. Sadəcə olaraq Səfər Mehdiyevin absurd iddiaları bir kəanara atılmalı, prosesə ictimai maraqdan qiymət verilməlidir. KİV-də yetərincə faktlar və baş vermiş. prosesin fəsadları ilə bağlı samballı əsaslandırmalar yayılıb. Bunlar yetərlidir ki, geriyə dönlüsün. Hələ də gec deyil..."

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Geri qayıt