Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etdiyi deyilən iş adamından AÇIQLAMA

Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etdiyi deyilən iş adamından AÇIQLAMA Tanınmış iş adamı, professor Şamil Heydərov AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etməsi barədə yayılan məlumatlara münasibət bildirib.

Şamil Heydərov Demokrat.az-a açıqlamasında deyib ki, bununla bağlı yayılan məlumatlar tamamilə yalandır:

"Mənim o toyda iştirakımla bağlı deyilənlər və yazılanlar tamamilə yalan, şər-böhtandır. Ümumiyyətlə, mən Ramiz Mehdiyevin nəvəsinin toyunun olması barədə məlumatları toydan bir neçə gün sonra mətbuatdan öyrənmişəm. Toyda iştirakım barədə xəbərlər tamamilə yalan və uydurmadır. Bu cür xəbərlərin yayılmasında məqsəd mənim işgüzar nüfuzuma xələl gətirməkdir. Ona görə də məsələyə hüquqi müstəvidə baxılması müzakirə olunur".

Geri qayıt