Gömrüklə bağlı bu həftə qərar veriləcək... - İDDİA

Gömrüklə bağlı bu həftə qərar veriləcək... - İDDİA "Gömrüklə bağlı bu həftə qərar veriləcək. Yaxın vaxtlarda hər şey bəlli olacaq. Yəni söhbət yeni DGK sədrinin kimliyindən gedir". Bu barədə DİA.AZ-a məlumatlı mənbəı informasiya verib.

Xəbəri verən qaynaq iddia edir: "Yaxın günlərdə, konkret olaraq bu həftə ərzində İqbal Babayevin yeni gömrük sədri kimi elanı gözlənilir. Ola bilsin ki, daha fərqli bir sima DGK-ya rəhbər gətirilsin. Bu da mmüknüdür. Amma məsələ ondadır ki, Səfər Mehdiyevlə bağll qərar verilib və bu qərar ya bu həftə, ya da ən qısa zamanda rəsmən elan olunacaq".

Mənbə onu da iddia edir ki, yeniləşən gömrükdə total kadr islahatları da planlaşdırılır.

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin...
Geri qayıt