Gömrük Komitəsinin birinci müavini casusların himayəçisidir? - Yeni detallar

Gömrük Komitəsinin birinci müavini casusların himayəçisidir? - Yeni detallar Məlum olduğu kimi Azərbaycan vətəndaşları – Abbasquliyev Həbib Əbil oğlu və onun həyat yoldaşı Abbasquliyeva Lamiyə Elxan qızının casusluq formasında dövlətə xəyanət etmələrinə əsaslı şübhələr müəyyən edilib. Bu barədə DTX-nin rəsmi saytında məlumat verilib.

Müəyyən edilib ki, xarici xüsusi xidmət orqanı tərəfindən maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilmiş Həbib Abbasquliyev və Lamiyə Abbasquliyeva Azərbaycanın dövlət təhlükəsizliyi zərərinə fəaliyyət göstərərək, müxtəlif ölkələrin ərazisində xarici xüsusi xidmət orqanının nümayəndələri ilə keçirilən gizli görüşlərdə verilən tapşırıqlara əsasən, dövlət sirri təşkil edən məlumatları və digər informasiyaları müntəzəm surətdə toplayaraq onlara təqdim ediblər.

Həbib Abbasquliyev və Lamiyə Abbasquliyeva Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bu xəbərin ictimailəşməsindən dərhal sonra isə həbs edilən Abbasquliyeva Lamiyə Elxan qızının Dövlət Gömrük Komitəsinin rəhbərliyində təmsil olunan bir şəxsin yaxın qohumu olması haqda məlumat yayıldı.

Yerli medianın iddiasına görə, casusların qohumu olduğu iddia olunan şəxs Dövlət Gömrük Komitəsinin sədrinin birinci müavini, general-mayor Hüseynov İsmayil Xəlil oğludur. Onu da bildirək ki, İ.Hüseynovun adı bir neçə qalmaqalda hallandırılıb. Dövlət Gömrük Komitəsinin sədri və əksər rəhbər şəxsləri kimi əslən Naxçıvandan olan İsmayıl Hüseynov ilk ali təhsilini aldığı Naxçıvan Dövlət Universitetini 1996-cı ildə bitirsə də,gömrük orqanlarında 1995-ci ildən xidmət edir.

Ötən 24 il ərzində İsmayıl Hüseynov Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Culfa Gömrük İdarəsində Maliyyə-tarif şöbəsinin inspektoru vəzifəsindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsinə qədər yüksələ bilib.

Sfera.az-a baş verənlərlə bağlı daha təfərrüatlı informasiya daxil olub. Həmin məlumata görə, casusluqda ittiham edilən Abbasquliyeva Lamiyə Elxan qızının dost-doğma qardaşı Emin Hacıyev Dövlət Gömrük Komitəsinin əməkdaşıdır. Maraqlıdır ki, onun burada işə düzəlməsində yaxın qohumu Dövlət Gömrük Komitəsinin sədrinin birinci müavini, general-mayor İsmayıl Hüseynov həlledici rol oynayıb.

DGK-nin sədrinin birinci müavini İsmayıl Hüseynovun bibisioğlu olan Emin Hacıyevin hazırda axtarışa verildiyi bildirilir.

Məlumata görə, İsmayıl Hüseynov bibisi oğlunu Bakı Baş Gömrük İdarəsində işə düzəldibmiş. Emin Hacıyev burada işlədiyi 25 gün ərzində 1 300 000 manat yeyintiyə yol verib. Bir çox sahibkarlarla da aralarında pul mübahisəsi olduğu bildirilir.
Gömrük Komitəsinin birinci müavini casusların himayəçisidir? - Yeni detallar
Geri qayıt