“Rixos Quba” otelini Ziya Məmmədovdan kim aldı? - İddialar

“Rixos Quba” otelini Ziya Məmmədovdan kim aldı? - İddialar Sabiq nəqliyyat naziri Ziya Məmmədovun daha bir biznes aktivi əlindən alınıb
Məmmədovların Qubadakı "Rixos Quba” oteli də onların nəzarətindən çıxır.
Artıq otelin yeni sahibinə təhvil-təslim edilməsi prosesi yekunlaşmaq üzrədir. Otelin bu günlərdə başqa mülkiyyətçiyə keçəcəyi bildirilir.
Ümumi sahəsi 946.565 kvadrat metr olan ərazidə tikilən "Rixos Quba Azerbaijan" golf sahəsi, xizək imkanları, rahatlıq və lüksün göz qamaştırdığı otaq, süit və villaları ilə diqqət çəkir.
Restoranlar, barlar, SPA və çox daha çox məkanı özündə birləşdirən "Rixos Quba" Azərbaycanda elit və imtiyazlı təbəqə üçün xidmət göstərir.
Nazir vəzifəsindən gedən Z.Məmmədovla paralel bu ailənin zəifləmiş mövqeləri daha da sarsılıb. Voleybol klubları əldən çıxan və fəaliyyətini dayandırdıqdan sonra Qolf federasiyasının da əl dəyişəcəyi bildirilir.
Anar Məmmədov zənginlərin sevimli idmanı kimi tanınan qolfun azarkeşidir. O, bu idman növü ilə məşğul olur və belə demək mümkündürsə, Azərbaycanda da qolfun idman növü kimi təbliğatında xüsusi fəallıq göstərənlərdən biridir.
Otelin “Paşa holdinq”in nəzarətinə köçəcəyi bildirilir.
Məmmədovlar ailəsinin biznes imperiyasında əsas yeri tutan şirkətlərdən biri kimi “Garant Holding” 17 şirkəti özündə birləşdirirdi.
Holdinqin direktorlar şurasının sədri Anar Məmmədovun özüdür. Şirkət 2005-ci ildən 2013-cu ilə qədər “ZQAN Holdinq” adi ilə fəaliyyət göstərib.
Holdinqin tərkibinə “Qarant Sığorta” və “Goranboy Gips” açıq səhmdar cəmiyyətləri, “Azbentonit”, “Royal İsteyt”, “Qarant Tour” , “English Yard”, “Quba Olimpiya Kompleksi”, “Avto-Media”, “Ucar Aqro”, “M.Trans”, “Ameritex”, “Transevrokom”, ” Zqan konstrakşn”, “Turbo.az”, “Qarant Sığorta Agenti”, “Quba Resort”, “AFK”, “Delfin” Məhdud Məsuliyyətli Cəmiyyətləri daxildir.
A.Məmmədovun Qubadakı digər layihəsi isə Azərbaycan Qolf Federasiyasının (özü AQF-nin prezidentidir) baş ofisi kimi fəaliyyət göstərən qolf klubudur. Bakı Voleybol Klubunun rəhbərinin də A.Məmmədov olduğu deyilir.
A.Məmmədovun Böyük Britaniyada da biznesi var. O, “BROOKWOOD INTERNATIONAL lIMITED” şirkətinin təsisçisi və direktorudur.
Eyni zamanda Dubayda qeydiyyatdan keçmiş ZQAN holdinqin bir şirkəti ZQAN UK LTD adı ilə Böyük Britaniyada qeydiyyatdan keçib. Türkiyədə A.Məmmədovla əlaqələndirilən 2 şirkət də mövcuddur.
Bunlar, “Euroasiya Constraction İnşaat Sənaye və Ticarət anonim şirkəti”, “Avrasiya İnvestisiya İnşaat Sənaye və Ticarət anonim şirkəti”dir. Oğul Məmmədov bu şirkətlərin idarə heyətinin üzvü olub.
Geri qayıt