“Millətin son tikəsinə də göz dikiblər” - Sabiq dövlət müşaviri icra başçısının həbsindən danışdı

“Millətin son tikəsinə də göz dikiblər” - Sabiq dövlət müşaviri icra başçısının həbsindən danışdı İdarə olunmayan tamah və yaxud “gözü çıxan qonşunun aqibəti” bəzi icra başçılarına niyə görk olmur?..
Politoloq: “Uzun müddətdir Biləsuvarda icra başçısı işləyən bir şəxs ehtiyacı olan insanlar üçün ayrılan 190 manata göz dikib. Yavan çörəyə güclə çatdıran insanların payı ilan sumuyudur. O payı yeyənlərin boğazında qalmalıdır”.

“Rüşvətlə bağlı qanunvericilikdə də düzəliş etmək lazımdır, qanun sərtləşdirilməlidir.­ Avropa standartları deyib, Avropa qanunvericiliyinin müddəalarını rüşvətə görə Azərbaycanda tətbiq etməyə ehtiyac yoxdur”.

Bu sözləri sabiq dövlət müşaviri Qabil Hüseynli Biləsuvarda icra başçısının həbsini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) xüsusi təyinatlı dəstələri Biləsuvar rayonunun İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı icra başçısı Mahir Quliyevlə yanaşı, birinci müavin, rayonun bələdiyyə sədri, mərkəzi xəstəxananın baş həkimi, MİS sədri və başqa bir neçə nəfər saxlanılıb. Artıq neçənci şəxsdir ki, qanun pozuntusuna görə hüquq-mühafizə orqanları tərəfindən tutulur. BQeyd esək ki, bna qədər 3 icra başçısının, bir müddət əvvəl İsmayıllı şəhəri üzrə icra nümayəndəsinin qanuna zidd əməllərə görə tutulması faktı qeydə alınmışdır.

Mövzunu PİA.az-ın əməkdaşı sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli ilə müzakirə edib.

Qabil Hüseynli: “Bu adamlar rayonlarda at oynadır, camaatın başında qoz qırırlar. Prezidentin gördüyü işlərə də kölgə salırlar”.

Bu məsələnin cəmiyyət tərəfindən ciddi ictimai qınağa məruz qalmalı olduğunu vurğulayan politoloq PİA.az-a açıqlamaslnda bildirib ki, bəzi məmurlar qqnsoranlar kimi xalqın canlna daraşıblar:

“Əvvəla onu deyim ki, bu çox böyük cinayətdir. Uzun müddətdir Biləsuvarda icra başçısı işləyən bir şəxs ehtiyacı olan insanlar üçün ayrılan 190 manata göz dikib. Yavan çörəyə güclə çatdıran insanların payı ilan sumuyudur. O payı yeyənlərin boğazında qalmalıdır.

Bu məsələ cəmiyyət tərəfindən ciddi ictimai qınağa məruz qalmalıdır. Bəzi məmurlar qansoran kimi millətin canına darışıbdılar. Axı onlar millətdən nə istəyirlər? Özlərini bu millətin üzvü hesab edirlər, amma sonra da millətin qanını sovururlar. Onlara bəsdir deməyin vaxtıdır. Millətin son tikəsinə də göz dikiblər. Bu sözlə ifadə edilməsi mümkün olmayan bir əxlaqsızlıqdır.

Sağ olsun ölkə prezidentini ki, belə bir xətt aparır. Amma bu xətti çox surətli və intensiv aparmaq lazımdır. Həmçinin ictimai rəyə diqqət etmək lazımdır. Bu adamlar rayonlarda at oynadır, camaatın başında qoz qırırlar. Prezidentin gördüyü işlərə də kölgə salırlar. Ona görə də bunları yığışdırmaq lazımdır. Rüşvət və korrupsiyaya qarşı ölkə prezidenti ciddi mübarizə aparır. Bu mübarizəni bir az da gücləndirmək lazımdır.
Qabil Hüseynli: “Onlara bəsdir deməyin vaxtıdır. Millətin son tikəsinə də göz dikiblər. Bu sözlə ifadə edilməsi mümkün olmayan bir əxlaqsızlıqdır”.

Lazım gələrsə, rüşvətlə bağlı qanunvericilikdə də düzəliş etmək lazımdır, qanun sərtləşdirilməlidir.­ Avropa standartları deyib, Avropa qanunvericiliyinin müddəalarını rüşvətə görə Azərbaycanda tətbiq etməyə ehtiyac yoxdur. Bu bəlanın ölkədə kökünü kəsməliyik. Yoxsa ictimai inkişafımıza həmişə əngəl olmuş bu bəla irəli getməyimizə imkan verməyəcək.

Buna görə də mən xüsusi xidmət orqanlarının Biləsuvarda keçirmiş əməliyyatını dəstəkləyirəm. Ümid edirəm ki, bu hadisə bütün icra başçılarına nümunə olacaq və onlar vəzifələrindən sui-istifadə etməyəcək. Onların vəzifələri xalqa xidmət etməkdir. Onlar bu vəzifəni yerinə yetirməlidirlər. Yoxsa xalqın dərisin soymamalıdırlar”.
Geri qayıt