Akif Çovdarovun məhkəməsində brilliant alverçisi ifadə verib: - "Şikayətim yoxdur"

Akif Çovdarovun məhkəməsində brilliant alverçisi ifadə verib: - "Şikayətim yoxdur" Bu gün Sabunçu Rayon Məhləməsində ləğv edilmiş MTN-nin generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Tofiq Rəcəbov digər zərərçəkmiş Elçin Hacıyevin epizodu üzrə ifadə verib.

O, ifadəsində bildirib ki, saat 13 radələrində MTN əməkdaşları tərəfindən Nizami küçəsində saxlanılıb.

"Mən Elçin Hacıyevlə Həsən adlı şəxsə brilliant göstərməyə getmişdik. MTN əməkdaşları orada bizi saxlayıb nazirliyə apardılar. Sonradan Elçin dedi ki, MTN əməkdaşlarına pul verib. Lakin mən onun pul verməsini görməmişdim. Dediyinə görə 80 min manat pul alıblar. Lakin mən onun pul verməsinə inanmadım və buna görə münasibətimiz pozuldu"- deyə T.Rəcəbov qeyd edib.

Zərərçəkmişin istintaqa verdiyi ifadəsi ilə məhkəmədə dedikləri arasında ziddiyyətlər olub.

T.Rəcəbov bu ziddiyətləri istintaq zamanı ifadəsini oxumadan imzalamadı ilə izah edi.

O, nazirlikdə hər hansı təzyiqə məruz qalmadığını, brilliantı Azərbaycana Arda adlı şəxsin gətirdiyini, özünün vasitəçi olduğunu deyib. T.Rəcəbov şikayətinin olmadığını deyərək ərizə yazıb.

Məhkəmə prosesi günün ikinci yarısında davam edəcək.

Qeyd edək ki, Akif Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılıb.
Geri qayıt