Başçının töhmət aldığı olay İH-in rəsmi səhifəsində - FOTOFAKT

Başçının töhmət aldığı olay İH-in rəsmi səhifəsində - FOTOFAKT Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun töhmət alması ilə bağlı sərəncam imzalayıb.

Axar.az xəbər verir ki, başçıya töhmət karantin qaydalarını pozduğuna görə verilib.

Maraqlıdır ki, N.Bağırovun karantin qaydalarını pozduğunu əks etdirən fotoları hələ də İsmayıllı Rayon İcra Hakimiyyətinin rəsmi səhifəsində qalmaqdadır.

Qeyd edək ki, Nahid Bağırovun rәhbәrliyi ilә turizm sahəsi üzrə bir qrup sahibkar Qalacıq kәndindә yerləşən Qovğadar dağına sәyahәt edib, orada ekoturizm imkanlarını tədqiq ediblər. Səhayət zamanı karantin rejiminin pozulması isə başçının töhmət almasına səbəb olub.
Başçının töhmət aldığı olay İH-in rəsmi səhifəsində - FOTOFAKT
Geri qayıt