MSK müəllimlərin işinə baxmayıb: Nazirlik cəza üçün gözləyir - GƏLİŞMƏ

MSK müəllimlərin işinə baxmayıb: Nazirlik cəza üçün gözləyir - GƏLİŞMƏ 9 fevral parlament seçkisində saxtakarlıq etdikləri iddiasıyla görüntüləri paylaşılan müəllimlərlə bağlı Təhsil Nazirliyinə rəsmi müraciət daxil olunmayıb.

Bu barədə Cebhe.info-nun sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib. Məlumatda qeyd olunub ki, seçki zamanı dairələr üzrə məntəqə sədrlərinin, seçki iştirakçılarının törətdiyi neqativ hallarla əlaqədar Mərkəzi Seçki Komissiyası tərəfindən müvafiq araşdırmaların aparılacaq. Ancaq hələlik Təhsil Nazirliyinə bu məsələ ilə bağlı rəsmi müraciət daxil olmayıb.

Qeyd edək ki, sosial şəbəkələrdə 9 fevralda keçirilən növbədənkənar parlament seçkiləri zamanı bəzi məntəqələrdə pozuntuları əks etdirən video və fotogörüntülər paylaşılıb.

Görüntülərdə sözügedən neqativ halların baş verməsində bəzi komissiya üzvləri, o cümlədən təhsil işçilərinin də iştirakı etdiyi bildirilir. Görüntülərdəki şəxslərin "karusel”ə cəlb edildikləri, qutulara topa bülleten atdıqları, səslərin sayılmasında pozuntuya yol verdikləri iddia olunur.
Geri qayıt