Nazirlik Qoçqaninin sertifikasiyasını gizlədir

Nazirlik Qoçqaninin sertifikasiyasını gizlədir
Reportyor
Əsas səhifə Cəmiyyət
Nazirlik Qoçqaninin sertifikasiyasını gizlədir
2020-01-31



Nazirlik Qoçqaninin sertifikasiyasını gizlədir
0
Paylaşılıb
Bənzər Yazılar
“Facebook” istifadəçilərinin sayı açıqlandı
Çində koronavirus təhlükəsi böyüyür –Ölənlərin sayı 171-ə, yoluxanların sayı isə 8152-yə çatıb
Ramiz Mehdiyev şura sədri oldu –Əli Əsədov AMEA prezdenti ilə yanaşı, 26 nəfərə əlavə vəzifə verdi + SİYAHI

Bakıda məhşur həkimin ölümünə səbəb olan Qoçqani ilə bağlı yeni faktlar…
“Sirus Qoçqaninin cinayət məsuliyyətinə cəlb edilməsi üçün mümkün olan və olmayan bütün vasitələrindən istifadə ediləcəkdir”.
News24.az xəbər verir ki, bu sözləri vəkil Samir Zeynalov deyib. O bildirib ki, uğursuz peşə fəaliyyəti ilə bağlı bu ilin may ayında Sona Veliyeva Gürgün-nün vaxtsız ölümü səbəbi ilə gündəmə gələn Dr.Siruz Qoçqani ciddi cəhdlərlə himayə edilir: “Amma tam məsuliyyət və əminliklə bəyan edirəm ki, bu cəhdlər heç bir fayda verməyək. Sirus Qoçqani məsuliyyətə cəlb ediləcək.
Qeyd edim ki, çoxsaylı tənqidlərimdən sonra Baku Medikal Plaza rəhbərliyi Sirus Qoçqani üçün yeni-Lipomatik 7D aparatını alıb. Mərhumə Sona Gürgün Vəliyevanın əməliyyatı üçün istifadə edilən aparat isə Lipomatik 6D idi. S.Qoçqani məhz bu aparatın mükəmməl olduğunu, heç bir fəsad törətmədiyini və emboliya vermədiyini qeyd etməklə mərhuməni əməliyyatın qorxusuz keçəcəyinə inandırmışdı.
27.05.2019-cu il tarixdə uğursuz liposaksiya əməliyyatının gedişində dünyasını dəyişmiş Sona Gürgün Vəliyevanın ölüm səbəblərinə bu günə qədər Sirus Qoçqani və onun çalışdığı Baku Medikal Plazanın Babək filalının rəhbərliyi zəruri aydınlıq gətirməyib.
Baku Medikal Plaza mərhumənin əməliyyatdan öncə əldə edilmiş anestezioloji müayinələrinin cavabını, eləcə də əməliyyatın video görüntüsünü əks etdirən video-diski bu günə qədər təqdim etməkdən yayınır.
Sirus Qoçqaninin diplomu və sertifikasiyası ilə bağlı məlumatlar gizlədilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sirus Qoçqaninin sertifikasiyası haqqında olan məlumatları bilərkdən gizlədir.
Təzyiqlərə, əngəllərə baxmayaraq davam edirik və istədiyimiz nəticəni mütləq əldə edəcəyik”.
Geri qayıt