Zakir Qaralov: “Nərminin qətli dövlət başçısının nəzarətindədir”

Zakir Qaralov: “Nərminin qətli dövlət başçısının nəzarətindədir” Baş Prokurorluqda keçirilən müşavirədə Tovuzda azyaşlının qətli müzakirə olunub.

Baş prokuror Zakir Qaralov bildirib ki, bu hadisə dövlət başçısının xüsusi nəzarətindədir: "İctimaiyyəti narahat edən Tovuz rayonunun Dondar Quşçu kənd sakini azyaşlı Nərmin Quliyevanın qəsdən öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə həyata keçirilir. İntensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirlərinin gücləndirilərək qısa vaxt ərzində cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyənləşdirilməklə məsuliyyətə cəlb edilmələri ilə bağlı konkret tapşırıqlar verilib".
Geri qayıt