Anar Nəcəfli “status”unu dandı - jurnalistlər “topa tutdu”

Anar Nəcəfli “status”unu dandı - jurnalistlər “topa tutdu” Xəbər verdiyimiz kimi, tanınmış jurnalist, AAYDA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli oğlunun sinif yoldaşının dərsə "teloxranitel"lə gəlməsi ilə bağlı sosial şəbəkədə yazıb...
Sonradan paylaşımını silən Nəcəfli bu gün yenidən bu məsələyə qayıdıb və bunları yazıb:

"Mənim adımdan bəzi xəbər saytlarında həqiqətə uyğun olmayan məlumatlar paylaşılır! Bəzi məmurların adları çəkilir. Bütün yazılanlar cəfəngiyyatdır, həqiqəti əks etdirmir.

Sadəcə bəzi saytlar nədənsə öz məqsədləri üçün istifadə etməyə çalışır! Bu məlumatlar sadəcə olaraq kiminsə fəaliyyətinə, hansısa qurumun fəaliyyətinə kölgə salmaq məqsəsi daşıyır!

Xahiş edirəm yalan və iftira dolu, kimisə ləkələyəcək məlumatlar paylaşmayın!!!".

Anar Nəcəflinin bu paylaşımı jurnalistlər tərəfindən birmənalı qarşılanmayıb:

Həbibə Abdulla: "Bu qədər də yox da... Siz yazdığınız statusun arxasında dura bilmirsiniz, camaatı niyə ləkələyirsiz? Ayıb olsun!!!"

Famil Fərhadoğlu: "Bu yalan məlumatın yayılmasının günahkarı sənsən. İncimə sözümə görə. Oxu atıb yayı niyə gizlədirdin?"

Rumiyyə Miraslan: "O zaman sizin yazdığınız status yalan və iftira idi? Özünü, sözünü danan jurnalistə ar olsun!"

Aziza İsmayılova: "Arxasında dura bilməyəcəkdinizsə niyə yazırdınız? Sizə inanan insanlara anında "reket" damğasını necə yapışdırdınız?"

Xatırladaq ki, bu gün yayılan məlumata görə, həmin şagird MSK-nın sədri Məzahir Pənahovun nəvəsidir. Bu məlumatların yayılmasından sonra Anar Nəcəfli "status" paylaşıb və tənqid atəşinə tutulub. (yenisabah.az)
Geri qayıt