Deputat icra başçısının saxlanılmasından danışdı: "Araşdırma aparılacaq"

N.Cəfərov Pravda.az-a açıqlamasında faktı təsdiq edib: “Bəli, icra başçısının saxlanılması ilə bağlı məlumatı eşitmişəm”.
Deputat qeyd edib ki, bu məsələ araşdırılacaq: “Fakta hüquqi qiymət veriləcək. Araşdırıldıqdan sonra onun təqsirli olub-olmaması bilinəcək. Öncədən fikir bildirmək düzgün deyil”.