Ərim pulları soyuducu sataraq qazanıb - Zamirə Hacıyeva

Ərim pulları soyuducu sataraq qazanıb - Zamirə Hacıyeva Hacıyeva hər gün 4 mi funt xərcləyib...
Azərbaycan Beynəlxalq Bankınının hazırda həbsdə olan keçmiş prezidenti Cahangir Hacıyevin arvadı Zamirə Hacıyeva Britaniyanın ilk Əsassız Varlanma Qaydasına qarşı mübarizə aparır. AzPolitika.info xəbər verir ki, bu barədə “BBC” məlumat verib.

Məqalədə bildirilir ki, onun əri vətəni Azərbaycanda milyonlarla dolların dövlət bankından oğurlanmasına görə həbsdədir. Zamirə Hacıyeva isə məşhur “Harrods” dükanında 16 milyon funtluq alış-veriş etməsi ilə tanınır. Britaniyanın Milli Cinayət Agentliyi onun 15 milyon funt dəyərində olan Naytsbricdəki evini və Berşirdəki qolf kursunu əlindən alıb. Xanım Hacıyeva hüquq pozuntusu törətməsi ilə bağlı bütün ittihamları rədd edib və Appellyasiya Məhkəməsinə bildirib ki, o, yanlış olaraq, hədəf kimi seçilib.

Hacıyevanın nümayəndəsi Ceyms Lyuis bildirib ki, Milli Cinayət Agentliyinin Hacıyevaya qarşı olan bütün işi onun siyasi korrupsiyadan qazanc əldə etməsi ilə bağlı dəstəklənməyən iddialar üzərində qurulub. Lyuis hüquqi təqdimatda bildirib ki, “Əsassız Varlanma Qaydası “siyasi publik şəxslər” və onların ailəsi barədə hətta onların cinayətkar fəaliyyəti ilə bağlı ağlabatan əsaslar olmadıqda da tətbiq olunur”. Lyuis əlavə edib ki, “Buna görə də bu qaydalar bu gün Britaniyada maliyyə müstəntiqlərinin malik olduğu ən qəddar və xoşagəlməz səlahiyyətlərdir”.

54 kredit kartı

Cənab Lyuis həmçinin Cahangir Hacıyev haqqında da danışaraq, bildirib ki, “Xanım Hacıyevanın əri Cahangir Hacıyev ədalətsiz məhkəmə tərəfindən korrupsiya ittihamı ilə 15 il müddətinə azadlıqdan məhrum edilib və Londonda məhnkəmədə ailəsinin əmlakının mənbələrini müdafiə edə bilmir”.



O, məhkəmənin erkən rəyinə əlavə edib ki, cənab Hacıyevin potensial korrupsioner xarici rəsmi şəxs sayılması düzgün deyil, çünki o, dövlət səhmlərinə malik kommersiya banklna başçılıq edib, dövlət funksiyalarını həyata keçirən bir banka yox.

Lyuis iddia edib ki, bu, o anlama gəlir ki, xanım Hacıyeva Milli Cinayət Agentliyinə var-dövlətinin mənbəyini izah etmək məcburiyyətində deyil. Keçən il məhkəmə prosesləri zamanı Yüksək Məhkəməyə deyilib ki, o, 2016-cı ilə qədər əksəriyyəti ərinin bankının 54 kredit kartı vasitəsilə ödənilməklə, zərgərlik məmulatlarından tutmuş dizayner paltarlarına qədər müxtəlif mallara “Harrods”-da 10 il ərzində hər gün 4 min funt xərcləyib.

Hərrac təklifi

Appelliyasiya Məhkəməsi tərəfindən yenicə açıqlanmış sənədlərdən məlum olur ki, Milli Cinayət Agentliyi ailənin Londondakı aktivləri haqqında öz narahatlıqları ilə bağlı yeni detallar açıqlayıb. Sənədlər göstərir ki, xanım Hacıyevanın keçən il Əssasız Varlanma Qaydasının tətbiqinin dayandırılması cəhdinə müvafiq olaraq, onun qızı Leyla Mahmudova 400 min funt dəyərində 49 zərgərlik məmulatını Kristi hərrac evinə aparıb.



“Xanım Hacıyevanın qızı (bəziləri cənab Hacıyev tərəfindən alınmış) yüksək dəyərə malik zərgərlik məmulatlarını satmağa cəhd edib. Zamirə Hacıyeva təyyarə biletlərinə, zərgərlik məmulatlarına, təhsil xərcinə, gözəllik məhsullarına, restoranlara və otellərə əhəmiyyətli miqdarda vəsaiti fırıldaqçılıqla xərclədiyinə görə Azərbaycanda istintaq altındadır”, - Milli Cinayet Agentliyi bildirib.

Agentliyin nümayəndəsi Conatan Hol bildirib ki, onun qərarı sadəcə tələb edir ki, xanım Hacıyeva onun evinin niyə Britaniya Virgin adalarının şirkətinə məxsus olması daxil olmaqla, ağlabatan şübhələrə cavab versin.

Hol əlavə edib ki, xanım Hacıyevanın ərinin pulunu soyuducu sataraq, qazanması barədə iddia tamamilə qəbuledilməzdir. İş üzrə mühakimənin gələn il olacağı gözlənilir. Mühakimənin nəticəsi göstərəcək ki, bu, korrupsiyada şübhəli bilinən xarici rəsmi şəxslərə və onların ailələrinə məxsus milyardlarla funt dəyərində Britaniya əmlakının geri alınmasına kömək edən nə qədər güclü leqal vasitədir.
Geri qayıt