Nazirlik: Uşaqpulu ünvanlılıq prinsipinə tam cavab vermir

Nazirlik: Uşaqpulu ünvanlılıq prinsipinə tam cavab vermir Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov uşaqpulu verilməsi məsələsinə aydınlıq gətirib...
Nazir müavini jurnalistlərə açıqlamasında bildirib ki, hazırda uşaqlarla bağlı ailələrə 14 növ sosial müavinət verilir: "Bunun üçün ildə 494 milyon manat ayrılır və 585 min uşağı əhatə edir. Ünvanlı sosial yardımdan təkcə bu il ərzində 160 min uşaq faydalanıb. Prezident İlham Əliyev də vurğulayır ki, dövlət vəsaitindən səmərəli, ünvanlı şəkildə istifadə olunmalıdır. Uşaqpulu isə ünvanlılıq prinsipinə tam cavab vermir".
Geri qayıt