Gürcü maşınlarına qadağa qalmaqalı böyüyür - Prezidentin tapşırıqlarına məhəl qoyulmur

Gürcü maşınlarına qadağa qalmaqalı böyüyür - Prezidentin tapşırıqlarına məhəl qoyulmur Gömrük Komitəsi Prezidentin göstərişini sabotaj edir...
Gömrük Komitəsində qanunsuz olaraq Gürcüstan nömrəli avtomobillərə depozit tələb edərək Prezidentin göstərişini sabotaj edirlər.

Yeni Sabah-a istinadən xəbər veririk ki, bu barədə keçmiş deputat, iqtisadçı Nazim Bəydəmirli bildirib. O, xatırladıb ki, bir neçə il bundan öncə Prezident İlham Əliyevin Gürcüstana səfəri zamanı soydaşlarımızın müraciətini nəzərə alaraq, həmin depozit norması ləğv edilib.

Nazirlər Kabinetinin minik avtomobillərinin müvəqqəti idxalı ilə bağlı 305 saylı qərarında da heç bir depozit anlayışı yoxdur. Beləliklə, Gömrük Komitəsinin İçtimaiyyətlə əlaqələr şöbəsinin adından yayılan bəyanat həqiqəti əks etdirmir və əhalini çaşdırmağa yönəlib. Bu qurum həm də Prezidentin, Nazirlər Kabinetinin müvafiq qərarlarını pozur, öz bildikləri kimi yozurlar, - Bəydəmirli bildirib.

İqtisadçı qeyd edib ki, ölkələrarası avtomobil tranziti və müvəqqəti idxal həm də dövlətlərarası müqavilələrə, beynəlxalq konvensiyalara uyğun tənzimlənir: Eşitdiyimə görə Gürcüstan tərəfi də Azərbaycan gömrüyünün bu özfəaliyyətinə görə Gürcüstan ərazisinə daxil olan Azərbaycan nömrəli avtomobillərə 8000 lariyə qədər depozit almağı planlaşdırır.
Geri qayıt