Gədəbəydə Ramiz Yediyarovun işi ilə bağlı məhkəmə adına məzhəkə hazırdır... - QALMAQAL

Gədəbəydə Ramiz Yediyarovun işi ilə bağlı məhkəmə adına məzhəkə hazırdır... - QALMAQAL Gədəbəyin sabiq icra başçısı Ramiz Yediyarov barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin(CM) 222-ci maddəsi ilə cinayət işi başlanıb. Əslində isə Ramiz Yediyarov Gədəbəyin icra başçısı olduğu dövrdə etdiyi cinayətə bərəbər qanunsuzluqları nəzərə alanda bu maddə ilə sözün əsl mənasında mükafatlandırılıb.

Onsuz da rayonun əhalisi Ramiz Yediyarovun işi üzrə istintaqın necə aparılmasını və istintaq dövründə işin bağlanılması üçün toplanan kosmik məbləğ haqda gəzən xəbələri eşidəndən sonra hər şeydən əlini üzmüşdü. Ara yerdə prokurorluq özünü biabır etdi. Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Ramiz Yediyarov haqqında bir ildən artıq müddətdə aparılan cinayət işi yekunlaşdırılaraq Gədəbəy rayon Məhkəməsinə göndərilib. Cinayət işi CM-nin 222- 2 .1 maddəsi ilə (mühafizə zolağında qanunsuz tikinti aparılması) başladılıb.

Qeyd edək ki, Baş Prokurorluq bu qərarı ilə özünü çox gülünc vəziyyətə salmaqla bərabər bu orqan dövlətin və vətəndaşların qanuni mənafeyinin mudafiəcisi rolundan çəkildiyini, ayrı-ayrı korrupsiyalaşmış qrupların himayəçisivə ölkə rəhbərinin siyasətini nüfuzdan salmasını nümayiş etdirmiş olub.

Baş verənlər başqa anlama gəlmir.

Əvvəla ondan başlayaq ki, keçmiş başçı haqda ilkin araşdırma başlayanda məlum idi ki, bu araşdırma gözdən pərdə asmaq və Ramiz Yediyarovu təmizə çıxarmaq başladılıb. Ona görə ki, iş üzrə zərəçəkənləri müstəntiqlərdən əvvəl keçmiş başçının pulyığanı olmuş YAP-ın sədri Rüstəm Nağıyev çağırır, dindirir, sonra onu yaxın kafelərdə qərargah qurmuş Ramiz Yediyarovun yanına aparır, orada həmin zərərçəkəni tam zərərsizləşdirıb müstəntiqlərın yanına göndərirdilər. Bu şəraiti Rüstəm Nağıyevə istintaq orqanı yaratmışdı. Bunu rayonda bilməyən də az adam olardı. Zərərçəkən şəxslərin Rüstəm Nağıyev və Ramiz Yediyarovun digər buyruqçuları vasitəsilə istintaqa çağırılması işin hansı istiqamətə, kimin xeyrinə həll ediləcəyini artıq müəyyən edirdi. İşlərin bu formada aparılmasında başqa nə məqsəd ola bilərdi?

İstintaq malı oğurlananı oğurlayanın əli ilə dindirməyə çağırmaqla hansı məqsədə xidmət etdiyini lap əvvəldən ortaya qoymuşdu.

Digər preventiv tədbirlər də Bakıdan ezam olunmuş istintaqçıların arsenalından işə salınmışdı.
Bu məqədlə istintaqa Gədəbəydə Ramiz Yediyarovun cinayətə bərabər əməlindən zərər çəkən bir nəfər də olsun əsas şikayətçilər dəvət edilməyib!!!

Ad olub ki, Bakıdan Gəbəbəyə keçmiş icra başçsının əməllərini araşdırmağa istintaq qrupu gedib, faktlar toplayıb. Əslində isə istintaq elə adına görə aparılıb. Mahiyyətinə görə isə baş verən cinayətlərin ört-basdır olunması, Ramiz Yediyarova məhkəmə hökmü adında “təmizlik kağızı” verilməsinə xidmət edib.

Ölkə mətbuatını izləyən şəxslər bilir ki, Ramiz Yediyarov başçı işlədiyi müddətdə ölkədə sahibkarlara divan tutan, onlara qarşı cinayət əməllərinə yol verən başçılar sırasında öndə dayanıb. Onun barəsində yüzlərlə şikayətlər mətbuat səhifələrini “bəzəyib”, Ramiz Yeriyarov qəzetlərin manşet yazılarının mənfi obrazı, qəhrəmanı olub.

Yediyarov rayon sakinləri Oktay Qara oğlu Əliyevin, Oktay İbrahim oğlu Əliyevin, Əli Bahadur oğlu Abdullayevin və s. şəxslərin obyektlərini məhkəmə qərarı olmadan dağıtdırıb, Fəxrəddin Fərəməz oğlu Bağırovun obyektinin giriş qapısını bağlatdıraraq sahibkarlıq fəaliyyətini dayandırıb. Vaqif Qara oğlu Səfərovun əmlakını zorla əlindən alıb. Bu şəxslərin hər biri bu gün də şikayətçi olduğu halda zərərçəkən kimi tanınmayıblar!!!

Eyni zamanda Ramiz Yediyarov tərəfindən külli miqdarda dövlət vəsaitinin talandığı, yüzlərlə vətəndaşa qeyri-qanuni saxta veteranlıq statusu verildiyi, “kamxoz” işçilərinin əmək haqqlarının mənimsənildiyi aşkar olunduğu halda cinayət işi hansı səbəbdən yalnız bir maddə ilə aparılır?
Axı Ramiz Yediyarovun əməllərində vəzifə səlahiyyətini aşma, özgə əmlakına qəsdən zərər vurma, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilə etmə və s. cinayət tərkibi yaradan halların sayı itib!
Bunları kəndçilər bildiyi halda Baş Prokurorluqda bilmirlər?

Ramiz Yediyarovun 222-ci maddə ilə sözün əsl manasında mükafatlandırıb cinayət işini baxılması üçün Gədəbəy rayon məhkəməsinə göndərilməsi də ayrıca söhbətin mövzusudur.

Təsəvvür edin, məhkəmə sədri Maarif Kazımov 6 il Yediyarovun diktəsi ilə yüzlərlə qanunsuz qərarlar çıxarıb.

Yəni məhkəmənin sədri Ramiz Yediyarovun başçılığı dövründə onun bütün cinayətlərinə göz yumub. Ramiz Yediyarovun hirs-hikkəsinə tabe olaraq qanunu bir kənara qoyub, vətəndaşlar barəsində qanunsuz həbs qərarları cıxarıb. Hər belə qərardan sonra da başçı ilə bir masa arxasına oturub. İndi Maarif Kazımov Ramiz Yediyarovun süfrəsindən qalxıb ona qarşı mükafat –maddə üzrə obyektiv qərar çıxaracaq?!

Özü də Maarif Kazımov Ramiz Yedirorovun süfrəsindən qalxıb ona qarşı getmək “öhdəliyi” ilə üzləşən yeganə vəzifə sahibi deyil.

İşdə zərərçəkən olaraq Gədəbəy rayon İcra Hakimiyyəti tanınıb. İcra Hakimiyyətini də məhkəmə adlı məzhəkədə hüquqşünas olaraq Zülfüqar İsgəndərov təmsil edəcək. Bax burası lap ağ olacaq.

Zülfüqar İsgəndərov Ramiz Yediyarovun bütün qanunsuz əməllərinə birbaşa şərik olan adamdır. Sahibkarlara qarşı bütün qanunsuz məhkəmə iddialarını o qaldırıb. Hazırda da Ramiz Yediyarovun diktəsi ilə işləyir. Belə olduğu halda bu adam öz təşkilatının mənafeyini müdafiə edə bilərmi?
Gədəbəydə Ramiz Yediyarovun işi ilə bağlı məhkəmə adına məzhəkə hazırdır. Məzhəkənin özülünü isə iş üzrə istintaq aparmış orqan qoyub, ittiham aktı adında lağlağı şou ssenarisini məhkəməyə yollayıb.

İndi gözlər Baş Prokurorluqdadır.

İşi məhkəməyə göndərmədən birbaşa xitam etməklə məzhəkə-ssenarinin rayon məhkəməsində oynanılmasının qarşısını ala, Ramiz Yediyarova qanunlar üzərindəki cinayətə bərabər oyunbazlığa görə yerini göstərə bilər.
İstiqlal.az
Geri qayıt