Vəkili döyən polislərə cinayət işi açıldı

Vəkili döyən polislərə cinayət işi açıldı Azərbaycanda vəkil Orxan Kəngərlini döyən polislərə cinayət işi açılıb.
Bu haqda vəkil Adəm Məmmədov məlumat yayıb.

O, bildirib ki, 4-cü polis bölməsinin əməkdaşları cəzalandırıldıqdan sonra, bölmə rəisinin müavini və digər polis işçiləri barədə Bakı şəhər prokurorluğu tərəfindən AR CM-nin 4 maddəsi üzrə fakta görə cinayət işi başlanılıb.

Xatlrladaq ki, Orxan Kəngərli polislər tərəfindən döyüldüyünü ictimailəşdirdikdən sonra DİN-nin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə hadisəni təkzib edərək polisləri müdafiə etmişdi. Lakin sonradan nazir Ramil Usubovun əmri ilə Binəqədi RPİ-nin 4-cü PŞ-nin rəis müavini Yalçın Yaqubov DİO-dan xaric olma, təhqiqatçı Elnur Rəşidov vəzifədən azad edilmə, əməliyyatçı və sahə müvəkilinə isə töhmət və xidmətə yararsızlıq intizam məluliyyətinə cəlb edilmişdilər.
Geri qayıt