Xətaidə gərginlik davam edir: gecə hədəsi və təxribat

Xətaidə gərginlik davam edir: gecə hədəsi və təxribat Xəbər verdiyimiz kimi, dünən M. Hadi küçəsi 93 və 99 saylı binanın arasındakı sahədə yaşıllıqların kəsilməsi ilə bağlı bina sakinlərinin etirazı olmuşdu.

Musavat.com xəbər verir ki, bu gün səhər saatlarında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Departamentinin direktoru Əlişah Rəcəbov əraziyə baş çəkib və sakinlərin hadisə ilə bağlı fikirlərini öyrənib. O bildirib ki, bu ərazidə yaşıllıqların köçürülməsiylə bağlı Ekologiya idarəsinə müraciət olunub. Lakin onların müraciətiylə bağlı heç bir akt və ya icazə ilə bağlı sənəd verilməyib.

Ağacların kəsiliməsinə gəldikdə, departament rəhbəri məsələni tam araşdıracaqlarını və əgər ərazidə hər hansısa bir ağac kəsilməsi halları aşkar edilərsə qanuna müvafiq olaraq bu işləri görən şəxslər məsuliyyətə cəlb olunacaqlarını bildirib. O, həmçinin əraziyə Əmlak Komitəsi və İcra hakimiyyətinin nümayəndələrilə də bu məsələləri aydınlaşdırmağa çalışacaqlarını qeyd edib.


Musavat.com
Geri qayıt