Mehman Hüseynovdan xəbər var: 5 nəfərlik kamera, AzTV...

Mehman Hüseynovdan xəbər var: 5 nəfərlik kamera, AzTV... İki il müddətə azadlıqdan məhrum edilən bloqçu Mehman Hüseynovun vəkili onun saxlanma şəraiti ilə bağlı məlumat verib.

Vəkil Elçin Sadıqov sosial şəbəkə hesabında bir az əvvəl Şüvəlan Təcridxanasında Mehman Hüseynovla görüşdüyünü yazıb:

"Həmişəki Mehmandır, əhvalı yüksəkdir, zarafatlarından qalmır. Artıq Mehmanı kameraya yerləşdiriblər. Kamerada 5 nəfərdilər. Yerləri darısqal deyil. Şəraitdən razılıq etdi. Kamerada kabinet-sanitar qovşaq, televizor var. Yerli telekanalları izləyə bilir.

Təcridxanada onunla rəftardan da hər hansı narazılıq bildirmədi. Bütün dost-tanışa, ondan ötrü narahat olanlara çoxlu salam dedi. Hər kəsin möhkəm olmasını, onun həbsinə görə sıxıntı çəkməmələrini arzulayır".
Geri qayıt