Fondun direktoru dindiriləcək

Fondun direktoru dindiriləcək Bakı Ağır Cinayətlər Məhkəməsində 5 milyon manatı mənimsəməkdə təqsirləndirilənlər – “DekaBank”ın İdarə Heyətinin sabiq sədri Niyazi Vəliyev və bankın Maliyyə Departamentinin keçmiş direktoru Bəhram Hüseynovun məhkəməsi keçirilib.

Hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə Mərkəzi Bankın məhkəməyə göndərilən məktub elan edilib.

Məhkəmə adıçəkilən maliyyə qurumundan bankın müxbir hesabından çıxarışla əlaqədar sənədlərin təqdim olunmasını istəyib.

MB isə məktubunda hazırda "DekaBank"ın ləğvetmə prosesində olduğu üçün bütün sorğuların Əmanətlərin Siğortalanması Fondununa göndərilməli olduğunu qeyd edib.

Hakim bildirib ki, eyni məqsədlə" DekaBank"a da sorğu göndəriləcək.

Proses mayın 2-də davam etdiriləcək.

Qeyd edək ki, adıçəkilən şəxslər mənimsəmədə, dələduzluqda, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı etməkdə ittiham edilirlər. İttihama görə, bu ilin iyul ayında ləğv edilən “DekaBank”a bu cinayət işi üzrə 5 milyon manat ziyan dəyib. “DekaBank”da yeyintilərlə bağlı daha 6 vəzifəli şəxs cinayət işinə təqsirləndirilən şəxs qismində cəlb olunub.
Geri qayıt