Prokuror iş adamının 17 yaşlı oğluna 6 il iş istədi

Hakim Novruz Kərimovun icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək R.Rəhimovun 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Hadisə 2017-ci il noyabrın 8-də Bayraq meydanının yaxınlığında baş verib. Şəhid qızını vuran 17 yaşlı gənc R.Rəhimov iş adamı Akif Rəhimovun oğludur. A.Rəhimov isə “Yeganə” şadlıq sarayının rəhbəri Məmməd Rəhimovun qardaşıdır.