İş adamı 17 yaşlı oğlunun məhkəməsinə gəlmədi - Təxirə salındı

İş adamı 17 yaşlı oğlunun məhkəməsinə gəlmədi - Təxirə salındı Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində şəhid qızı Könül Əkbərovanı idarə etdiyi "Jeep" markalı maşınla vuraraq öldürməkdə təqsirləndirilən 17 yaşlı Rəhim Rəhimovun məhkəməsi keçirilib.

Hakim Novruz Kərimovun icraatında olan prosesdə

R.Rəhimovun qanuni nümayəndəsi, atası Akif Rəhimov, mərhum K.Əkbərovanın hüquqi varisi, anası Bəsti Qədimova məhkəmədə iştirak etməyib. Buna görə də iclas təxirə salınıb. B.Qədimovun səhhəti ilə bağlı məhkəməyə gəlmədiyi bildirilib.

Proses martın 13-də davam etdiriləcək.

Hadisə 2017-ci il noyabrın 8-də Bayraq meydanının yaxınlığında baş verib. Şəhid qızını vuran 17 yaşlı gənc iş adamı, "Xırdalan Xəz" Açıq Tipli Səhmdar Cəmiyyətinin sədri Akif Rəhimovun oğlu Rəhim Rəhimovdur. A.Rəhimov isə “Yeganə” şadlıq sarayının rəhbəri Məmməd Rəhimovun qardaşıdır.
Geri qayıt