“Nardaran hadisələri”ndə təqsirləndirilənlər kassasiya şikayəti verdi

“Nardaran hadisələri”ndə təqsirləndirilənlər kassasiya şikayəti verdi "Nardaran hadisələri"nə görə təqsirləndirilən Taleh Bağırov, Fuad Qəhrəmanlı və digər şəxslər barələrindəki apellyasiya qərarından kassasiya şikayəti veriblər.

Dövlət çevrilişə cəhd, terrorçuluq, dini nifaq salma, qanunsuz silah daşıma və digər cinayətlərdə ittiham edilən şəxslər özlərini təqsirli bilməyiblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökm ilə Taleh Bağırov 20 il, Abbas Hüseyn 20 il, Fuad Qəhrəmanlı 10 il, Rasim Cəbrayılov 17 il, Zakir Mustafayev 14 il 6 ay, Cabbar Cabbarov 19 il, Cahad Babakişizadə 14 il 6 ay, Şamil Abduləliyev14 il 6 ay, Aqil İsmayılov 14 il 6 ay, Ramin Yariyev 10 il, Abbas Quliyev 14 il 6 ay, İbrahim Xudaverdiyev 14 il 6 ay, Etibar İsmayılov 14 il 6 ay, Bəhruz Əskərov 14 il 6 ay, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev 14 il 6 ay, Abbas Tağızadə 14 il 6 ay azadlıqdan məhrum ediliblər.

Təqsirləndirilən şəxslərin apellyasiya şikayətini Bakı Apellyasiya Məhkəməsinin hakimi Əmir Bayramov təmin etməyib və hökm qüvvədə saxlanılıb.

Saxlanılanların bir qismi qərardan kassasiya şikayəti veriblər. İlkin baxış iclası fevralın 22-ə təyin edilib. Prosesə Ali Məhkəmənin hakimi Şahin Yusifov sədrlik edəcək.

Təqsirləndirilən şəxslərdən - C. Cabbarov, R.Cəbrayılov, Ş.Abduləliyev, C.Babakişiyev, B.Quliyev və A.Tağıyev kassasiya şikayəti verməyib.
Geri qayıt