Hacı Qalib Salahzadənin oğluna hökm oxunub - 3 il

Hacı Qalib Salahzadənin oğluna hökm oxunub - 3 il Bu gün Nəsimi rayon Məhkəməsində sabiq deputat, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin qudası Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadəyə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ə.Salahzadə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən iclasda dövlət ittihamçısı çıxış edərək Ə.Salahzadənin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, Əlihüseyn Salahzadə sentyabrın 13-də Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs edilərək Kürdəxanı həbsxanasına göndərilib. O, Cinayət Məcəlləsinin 315.2 maddəsi ilə təqsirli bilinir. Ə.Salahzadə “Azərsu”nun əməkdaşına zor tətbiq etməkdə ittiham edilir.
Geri qayıt