Mirşahinin qardaşının məhkəməsi başladı

Mirşahinin qardaşının məhkəməsi başladı Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən tanınmış jurnalist Mirşahin Ağayevin qardaşı Mirəddin Ağayevin məhkəməsi başlayıb.
Hakim Novruz Kərimovun sədrliyi ilə araşdırılan prosesdə prokuror ittiham aktını elan edib.

M. Ağayev elan olunmuş ittihamla özünü təqsirli bilib və zərərçəkmişlərə dəyən ziyanı qaytaracağını bildirib.
Məhkəmədə məlum olub ki, M. Ağayev polis orqanlarına işə düzəltmə adı ilə vətəndaşlara qarşı ümumilikdə 84 min manat dələduzluq edib.

Məhkəmə prosesi dekabrın 25-də davam etdiriləcək.
Geri qayıt