Kəmaləddin Heydərov Fazil Məmmədovun vəzifəsindən çıxarılmasından danışdı

Kəmaləddin Heydərov Fazil Məmmədovun vəzifəsindən çıxarılmasından danışdı Xəbər verdiyimiz kimi, bir neçə gün bundan əvvəl Azərbaycanın vergilər naziri Fazil Məmmədov prezident İlham Əliyevin sərəncamı ilə azad edilib.

Mətbuatda F.Məmmədovun vəzifəsindən azad olunması səbəbini digər məsələlərlə yanaşı, Fövqəladə Hallar Naziri Kəmaləddin Heyədorvla da bağlayanlar var. Belə ki, bəzi KİV-lərdə F.Məmmədovun Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovla münasibətlərinin gərgin olduğu, lakin sonda məğlub olan sayca altıncı nazir olduğu yazılır.

Kəmaləddin Heydərov unikal.org-a açıqlamasında yazılanlar təkzib edib:

“Haqqımda yazılanlar cəfəngiyatdır və heç bir əsası yoxdur. Kim nə istəyirsə, qoy yazsın. Əsassız fikirlərə şərh verməyə vaxtım yoxdur. Sağ olun!”.
Geri qayıt