“Zərrab işi” Azərbaycana tərəf uzanır – Təfsilat

“Zərrab işi” Azərbaycana tərəf uzanır – Təfsilat ABŞ-da həbsdə olan azərbaycanlı iş adamı Rza Zərrabın işinin uzantıları Azərbaycana da çatır. Sosial şəbəkələrdə yayılan məlumatlarda bildirilir ki, Rza Zərrabın işində üç azərbaycanlı iş adamının da adı hallandırılır. Bu iş adamları Əhməd Məmmədov, Vidadi Bədəlov və Xəlil Məmmədovdur.
İstiqlal.az xəbər verir ki, Əhməd Məmmədov “Azər-Türk Bank” ASC-nin “Mərkəz” filialının direktorudur. Bu şəxs “Sığorta Mamed” kimi tanınan “Azərsığorta” şirkətinin İdarə Heyətinin sədri Məmməd Məmmədovun oğludur.
Azərbaycanlı iş adamı Vidadi Bədəlov isə Türkiyədə “Cihan Kiymetli Madenler”, “Deniz Kiymetli Madenler” və “Kapital Kiymetli Madenler” adlı “xəyali şirkət” (ofşor) qurub – 2009-2012-ci illərdə pul transferləri də bu şirkətlərlə aparılıb.
Qeyd edək ki, Rza Zərrab artıq istintaqla əməkdaşlıq etməyə başlayıb. O məhkəməyə birinci ifadəsində sesnsasion iddialar səsləndirib. “İran neft-qaz gəlirlərini əldə etdiyi gəlirləri sanksiyalar səbəbindən istifadə edə bilmirdi. Məhməd Hakan Atilla bu məsələdə ən məlumatlı adam idi. “AktivBank” İranla əməkdaşlıq edəcək müştərilərə hesab açılması üçün xüsusi icazənin olmasını bildirdi.
Egemen Bağış (Türkiyənin sabiq Avropa Birliyi işləri üzrə naziri) “AktivBank”da hesab açmaq üçün mənə xüsusi yardım etdi. 2010-2011-ci ildə İran Mərkəzi Bankının sədri Mahmud Bəhmani ilə görüşlər keçirdim. İran Mərkəzi Bankına maliyyə xidməti məsələsində razılıq əldə olundu. Daha sonra “AktivBank” rəhbəri ilə görüşdən sonra hesab açdım. Hesab 5-10 milyon avro ilə dövriyyəyə başladı.
İran Mərkəzi Bankı ilə razılaşmanın pozulmasından sonra aralarında Hüseyn Nəcəfzadənin də olduğu “Bank Mellat” nümayəndələri ilə görüşüb ABŞ sanksiyalarını pozmağa başladıq. “Aktiv Bank” gəlirin önəmli bir hissəni qarşılayırdı”,- deyə o bildirib.
Rza Zərrab həmçinin planlarının həyata keçməsi üçün sabiq iqtisadiyyat naziri Zəfər Çağlayana 45-50 milyon avro civarında rüşvət verdiyini bildirib.
Zərrabın hələ çox faktları açıqlayacağı gözlənilir. Mümkündür ki, bu məsələdə adı hallanan azərbaycanlı iş adamları ilə bağlı da qaranlıq məqamlara aydınlıq gəlsin.
Geri qayıt