Generala hökm oxunan bina xüsusi nəzarətə götürülüb

Generala hökm oxunan bina xüsusi nəzarətə götürülüb Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş MTN-in daha bir generalı Elçin Quliyev və onun əməkdaşı polkovnik Azər Mehdiyevə hökm oxunur.

Hakim Elbəyi Allahverdiyevin icraatında olan prosesə jurnalistlər buraxılmayıb.

Məhkəmənin binası xüsusi nəzarətə götürülüb, hökmün elan ediləcəyi zal öncədən yoxlanılıb. Hazırda hökmün elanı davam edir.

Qeyd edək ki, dövlət ittihamçısı çıxış edərək E.Quliyevin 15 il, A.Mehtiyevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Həmçinin E.Quliyevdən general, A.Mehdiyevdən polkovnik rütbəsinin alınması üçün təqdimat verilməyini və əmlaklarının müsadirə edilməsini istəyib.
Geri qayıt