Hacı Qalib Salahzadənin oğlunun məhkəməsi başladı

Hacı Qalib Salahzadənin oğlunun məhkəməsi başladı Bu gün Nəsimi rayon Məhkəməsində sabiq deputat Hacı Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadənin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Şəlalə Həsənovanın sədrlik etdiyi iclasa jurnalistlər buraxılmayıb.

Hakim ancaq ailə üzvlərinin zala buraxılmasına göstəriş verib.

Qeyd edək ki, Ə. Salahzadə bir müddət əvvəl həbs edilib. Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, onun barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Ə. Salahzadə “Azərsu” ASC-nin əməkdaşını döyməkdə təqsirli bilinir.
Geri qayıt