Bələdiyyə sədrinə 8 il hökm oxundu
Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron rayonu, Qobu bələdiyyəsinin sədri Ənvər Əmiraslanova hökm oxunub.
Hakim Əhməd Quliyevin icraatında olan prosesdə Ə.Əmiraslanov 8 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs edilib.
Ə. Əmiraslanov dələduzluqda, mənimsəmədə və saxta sənəd düzəltmədə təqsirləndirilir. İttihama görə, o, 2010-2015-ci illərdə Abşeron rayonu, Qobu bələdiyyəsinin sədri vəzifəsində işləyərkən bələdiyyənin xəzinəsindən 4000 manat mal-material alınması adi ilə çıxarsa da, öz şəxsi mənfəəti üçün xərcləyib. 2013-cü ildə torpaq satmaq adı ilə Namiq Abdullayev, Samir Qəribov və Rəhman Nuriyevdən bələdiyyənin inzibati binasındakı xidməti otağında ümumilikdə 10000 manat pul alaraq, dələduzluq edib.
Geri qayıtHakim Əhməd Quliyevin icraatında olan prosesdə Ə.Əmiraslanov 8 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs edilib.