Professorun evindən oğurluq edən qadın hakim önündə

Professorun evindən oğurluq edən qadın hakim önündə Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində BDU professoru Aidə İbrahimovanın evindən 41 min manat oğurlamaqda təqsirləndirilən 1989-cu il təvəllüdlü Mehriban Quliyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Faiq Qəniyevin icraatında olan prosesdə cəza istənilib.

Dövlət ittihamçısı çıxış edərək M.Quliyevanın 8 il müddətinə azadlıqdan məhrum edilməsini və məhkəmə zalında həbs edilməsini istəyib.

Məhkəmə prosesi noyabrın 1-də davam etdiriləcək.

M.Quliyevanın kiçiyi 3, böyüyü 9 yaşında olan 4 uşağı var, hazırda da hamilədir. O, istintaq dövründə A.İbrahimovaya 7 min manat qaytarıb. Onun barəsində həbs qətimka tədbiri seçilməyib.
Geri qayıt