2 milyonluq dələduzluq edən məmur qohumundan yeni xəbər

2 milyonluq dələduzluq edən məmur qohumundan yeni xəbər Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Emil Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Zeynal Ağayevin icraatında olan prosesdə məhkəməyə yeni ərizə daxil olub.
Zərərçəkmişlərdən biri məhkəməyə ərizə yazaraq artıq heç bir şikayətinin və E.Hüseynovdan hər hansı tələbinin olmadığını bildirib. Digər zərərçəkənlər isə onlara vurulan maddi ziyanın ödənilməsini tələb ediblər.

Buna görə də məhkəmə təxirə salınıb. Proses oktyabrın 27-də davam etdiriləcək.

İttihama görə, E.Hüseynov Gürcüstandan izolyasiya və digər materiallar gətirmək adı ilə Emil Məmmədovdan 2 milyon 500 min dollar, Tural Hüseynovdan 382 min dollar, Namiq Mehdiyevdən 80 min manat və Mərziyyə Rzayevadan isə 19 500 manat pul alaraq dələduzluq yolu ilə mənimsəyib.

Qeyd edək ki, təqsirləndirilən E.Hüseynov “Azərbaycan Dəmir Yolları” QSC-nin rəisi, sonra isə nəqliyyat nazirinin müavini olmuş Arif Əsgərovun baldızı oğludur.
Geri qayıt