Pirverdiyevin “bayraq korrupsiyası”nda sensasion gəlişmə

Pirverdiyevin “bayraq korrupsiyası”nda sensasion gəlişmə Bayraq Meydanı İdarəsi İnzibati İqtisad Məhkəməsində bayraq dirəyini tikən “Azenco” şirkətinə qarşı iddia qaldıraraq, bağlanmış müqavilənin etibarsız sayılmasını tələb edib
Məlumata görə, Bayraq Meydanı İdarəsi “Azenco” holdinqə qarşı 1 milyon 358 min manatlıq iddia qaldırıb. “Azenco” şirkəti “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyevə məxsusdur.
Bu qüllənin və ətraf ərazidə bulvar zolağının uzadılmasına 50 milyon dollara qədər pul sərf edilmişdi. Bu işdə məsul şəxs Etibar Pirverdiyev olmuşdu.
"Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyevin belə deyək kurasiyasına aid edilən Meydanın tikintisinin ilkin mərhələlərində Kompleksə 20 milyon manata yaxın dövlət vəsaitinin ayrıldığı deyilir.
Sonralar isə Meydanın büdcə xərcləri ildə azı 10 milyon civarında olub. Məlumata görə, bütün bu məbləğlərin pay-püşünə nəzarət paketi Rəşad Məmmədovun qeyri-rəsmi ortağı Etibar Pirverdiyev olub.
Belə ki, həbsindən dərhal sonra Rəşad Məmmədovun öz biznes ortağı Etibar Pirverdiyevə qarşı ifadə verməsi dəhşətli yeyinti faktlarının üstünü açıb.
Bu faktlar həm də Beynəlxalq Bankın kreditlərinin bir sıra hallarda duet tərəfindən mənimsənilməsini təsdiq edir.
"Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyevin bir neçə saat sorğu-suala çəkilməsi xəbərini təsadüfi hesab etməyin.
Məlumata görə, Beynəlxalq Bankla Etibar Pirverdiyev arasında həqiqətən borc üstündə məhkəmə çəkişməsi olub. İddiaçı Bankın 104 milyon manat məbləğində kredit və faizlərinin geri qaytarılması üzrə iddianı Sumqayıt İnzibati İqtisad Məhkəməsi təmin edib. Məhkəmə borcun "Azərenerji" ASC-dən tutulması barədə qətnamə çıxarıb. Qətnamədən apelyasiya şikayəti verilsə də təmin olunmayıb.
Etibar Pirverdiyev isə 104 milyon manatı Beynəlxalq Banka ödəməkdən imtina edir. Beynəlxalq Bankın kredit qalmaqalında "Azİmport" izi diqqətdən yayınmamalıdır.
Necə ki, Etibar Pirverdiyev-Rəşad Məmmədov cütlüyünün əməlləri nəzəri cəlb edir, eləcə də, bu cütlüyün zəif həlqəsinin Etibar Pirverdiyev olmadığı da göz qabağındadır.
Məlumata görə, Beynəlxalq Bankın kredit qalmaqalında adı hallanan Rəşad Məmmədovun həbsi "Azərenerji" prezidentini çox çıxılmaz duruma salıb.
Özünü xilas etməyə çalışan Etibar Pirverdiyev ortağını günah adamı obrazına necə deyərlər, "yerləşdirə" bilib. Əlbəttə, bu vəziyyət onsuz da Etibar Pirverdiyevin imicini yerlə-yeksan edən əsas səbəblərə bağlıdır.
Ona görə də "Azimport"un sahibi Rəşad Məmmədovu bu təcrübəli oliqarxı "yandırdığı" fiqurlardan biri kimi xarakterizə etmək olar.
Dövlətinin Bayraq Meydanı Kompleksinin rəisi Rəşad Məmmədovun milliyyətcə erməni olan anasının adının dəyişdirildiyi faktı üzə çıxınca, dövlət rəmzimizin əsas keşikçisinin dosyesinə maraq artmağa başladı.
Xüsusən ölkə mətbuatının axtarışları və dərc edilmiş yazılar Rəşad Məmmədovun hansı oyunlardan çıxdığını və kimlərə arxayın olduğunu ortaya qoya bildi.
Düzdür, bəzi himayəçiləri öz mövqelərindən kəskin şəkildə imtina edərək bu yarımermənini açıq müdafiədən yayındılar. Hər halda, söhbət bayrağımızın adına bağlı meydanın kimlərə etibar edilməsindən gedirdi.
Gerçək adı Aida Stepanovna Martirosova olan anasının sənədlərini saxtalaşdıraraq "azərbaycanlıya" çevirmiş Rəşad Məmmədovun Bakının az qala yarısını qanunsuz olaraq yerlə-yeksan etməsi hüquqi qiymətini almalıydı.
Geri qayıt