Əziz Orucovun anası ifadə verdi

Əziz Orucovun anası ifadə verdi Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Kanal 13” İnternet Televiziyasının rəhbərli Əziz Orucovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Mirzə Xankişiyevin icraatında olan prosesdə baxış iclası keçirilib.

Dövlət ittihamçısı ittiham aktını elan edib, Ə.Orucov özünü təqsirli bilmədiyini deyib.

Ə.Orucovun anası Almaz Həsənova şahid qismində ifadə verərək deyib ki, oğlunun qrant alıb-almamasını bilmir: “Görəsən qardaşın işinə görə qardaş, atanın işinə görə oğul çəza çəkməlidirmi? Bu işi aparan müstəntiq mənə dedi ki, Əziz qardaşı Anarın etdiklərinin cəzasını çəkir. Qafqaz Media Tədqiqatlar Mərkəzini Anar yaradıb, o təşkilata ayrılan pulları da Anar götürüb. Əzizin heç nədən xəbəri olmayıb”.

Məhkəmə prosesi oktyabrın 17-də davam etdiriləcək.
Geri qayıt