Arvadını yandıran polis haqda hökm dəyişdi

Arvadını yandıran polis haqda hökm dəyişdi Keçmiş arvadını öldürüb sonra yandırmaqda təqsirləndirilən polis əməkdaşı Samir Əliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

Hakim Abid Abdinbəyovun icraatında olan prosesdə qərar elan olunub. Qərara əsasən, hökm dəyişdirilib. S.Əliyev barəsindəki 20 illik cəza 1 il azaldılaraq 19 ilə endirilib.

Qeyd edək ki, DİN-in sabiq əməkdaşı S.Əliyev 2015-ci ildə boşandığı həyat yoldaşı Natəvan Əliyevanı öldürərək yandırmaqda təqsirləndirilir.
N.Əliyevanın yanmış meyiti avtomobilində Bakı-Quba yolunda tapılıb. O, xəstəxanaların birində həkim işləyib.
Geri qayıt