Hacı Qalib məhkəməyə gəlmədi

Hakim Ziya Şirinovun sədrliyi ilə keçirilən iclasa Q.Salahzadənin gəlmədiyi bəlli olub. O, məhkəməyə ərizə göndərərək iştirak edə bilməyəcəyini bildirib.
Buna görə iclas təxirə salınıb. Proses oktyabrın 12-də davam etdiriləcək.
Qeyd edək ki, Q.Salahzadə mətbuata açıqlamasında Ç.Qənizadəyə 30 min manat rüşvət verdiyini deyib. Buna görə də Ç.Qənizadə Q.Salahzadənin Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini istəyib.