Vergilər Nazirliyi “Turan”a qarşı sanksiyanı bərpa etdi

Vergilər Nazirliyi “Turan”a qarşı sanksiyanı bərpa etdi Vergilər Nazriliyinin Bakı Lokal Gəlirlər Departamenti "Turan" İnformasiya Agentliyinə 2014-17-ci illərə aid vergi sanksiyasını yenidən bərpa edib.

Bununla bağlı sentybarın 18-də agentliyin elektron poçtuna Vergilər Nazirliyindən sentybarın 15-i tarixilə məktub daxil olub.

Məktubda deyilir ki, agentlik 27 min 253 manat borca və daha 9.294 manat faizə malikdir.

Qeyd edək ki, sentybarın 12-də nazirliyin həmin departamentindən 11 sentyabr tarixilə "Turan"ın hər hansı vergi borcu və ya cərimə sanksiyasının olmaması ilə bağlı məktub daxil olmuşdu.
Geri qayıt