Polkovnikə daha bir cinayət işi açıldı

Hakim Rahib Salmanovun icraatında olan prosesə polkovnik gətirilməyib. O barəsində başqa bir dələduzluq faktına görə cinayət işi başladılıb və işə Nəsimi rayon məhkəməsində baxılır.
Buna görə də proses sentyabrın 12-nə təxirə salınıb.
Qeyd edək ki, Ə.Məhərrəmov 90 nəfərdən çox vətəndaşa özünü Fövqəladə Hallar Nazirliyinin (FHN) polkovniki kimi təqdim edərək, onları işə düzəldəcəyi vədini verib. Polkovnik zərərçəkmişlərdən 670 min manat alıb qaytarmayıb.