Mehman Əliyev apellyasiya şikayəti verdi

Mehman Əliyev apellyasiya şikayəti verdi “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, barəsində olan həbsin girovla əvəz edilməməsi ilə bağlı məhkəmə qərarından apellyasiya şikayəti verib.

Bu barədə vəkil Fuad Ağayev məlumat verib.

İddiaya yaxın günlərdə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Xatırladaq ki, M.Əliyev, barəsində olan həbsin girovla əvəz edilməsi ilə bağlı Yasamal Rayon Məhkəməsinə müracitə edib. Məhkəmə müraciəti təmin etməyib.
Geri qayıt