Əziz Orucovun istintaqı yekunlaşdı

Əziz Orucovun istintaqı yekunlaşdı “Kanal 13” İnternet Televiziyasının rəhbərli Əziz Orucovun barəsindəki cinayət işi üzrə istintaq yekunlaşıb.

Bu barədə onun vəkili Cavad Cavadov məlumat verib.

O bildirib ki, artıq müdafiə tərəfi işin materialları ilə tanış olmağa başlayıb.

Xatırladaq ki, tanış olma mərhələsi başa çatdıqdan sonra iş məhkəməyə göndəriləcək.

Qeyd edək ki, Əziz Orucov 2014-cü ildə QHT-lərə qarşı başladılmış cinayət işindən ayrıca icraata götürülmüş istintaq üzrə ittiham edilib: O, Cinayət Məcəlləsinin 192.2.2-ci (qanunsuz sahibkarlıq; külli miqdarda gəlir əldə etməklə törədildikdə) və 308.2-ci (vəzifə saxtarakarlığı; ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham edilir. Onun barəsində üçün Nəsimi rayon məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Geri qayıt