Nazir qardaşı bağışlasa da - 8 il cəza ala bilər

Prosesdə iştirak edən əməkdaşımızın verdiyi xəbərə görə, hakim Şəkər Məmmədovanın icraatında olan prosesdə cəza istənilib.
Dövlət ittihamçısı çıxış edərək Samir Nəbiyevin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, zərərçəkmiş Əlikram Camalov müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı, "Hacı Camalxan" Kəndli Fermer Təsərrüfatının təsisçisi və sahibidir. Sonuncu iclasda o, S.Nəbiyevi bağışladığını bildirib.