Azərbaycanlının rəhbərlik etdiyi şirkət ermənilərə çörək verir

Azərbaycanlının rəhbərlik etdiyi şirkət ermənilərə çörək verir II Dünya Müharibəsi zamanı ABŞ ictimaiyyətinə məlum olmuşdu ki, hərbi əməliyyatlar gedərkən bəzi Amerika şirkətləri alman şirkətləri ilə əməkdaşlığı davam etdirib. Bu informasiya ABŞ-da böyük qalmaqala səbəb olmuşdu və ictimaiyyətin təzyiqi nəticəsəndə həmin şirkətlərə qarşı istintaq başlamışdı. Yekun olaraq, bir çox sahibkarlar və onların himayədarları dövlətə xəyanət etməkdə günahkar bilinərək cinayət məsulliyətinə cəlb olunmuşdu.

Bunu elə belə xatırlatmadıq. Bu günlərdə baku.ws saytı "Standard İnsurance Georgia" şirkəti barədə maraqlı məlumat yayımlamışdı. Məlum olduğu kimi, "Standard İnsurance Georgia" şirkəti Azərbaycanın "Standard İnsurance" şirkətinin Gürcüstandakı törəmə şirkətidir. Məlumatda bildirilirdi ki, "Standard İnsurance Georgia" şirkətində bir çox erməni işləyir. Sayt şirkətin erməni əməkdaşı Teymuraz Simonyanın imzası olan foto-sənədi dərc edib. Həmçinin sənədlərdən aydın olur ki, Teymuraz Simonyan şirkətin e-mail yazışmalarında da iştirak edir. Belə ki, o, "Standard İnsurance Georgia" şirkətində satış üzrə menecerdi. Şirkətin direktoru isə Nicat Hüseynovdur. İdarə Heyətinin sədri vəzifəsini Kamran Bağırov tutur, rəhbərlər şəxlərdən biri - Müşahidə Şurasınınn üzvü Emin Bünyadovdur.

365.az saytının "Standard İnsurance Georgia" ilə bağlı apardığı araşdırmalar zamanı bəz maraqlı faktlar ortaya çıxıb. Vzglyad.az-ın məlumatına görə, Kamran Bağırov eynı zamanda “Standard Insurance” (Bakı) şirkətinin İdarə Heyətinin sədri olub. Emin Bünyadov da öz növbəsində bu şirkətdə rəhbər vəzifələrdən birini tutub.

Qeyd edək ki, "Standard Insurance" keçmiş iqtisadiyyat naziri Heydər Babayevin rəhbərlik etdiyi holdinqə daxildir.

Erməni mənşəli Teymuraz Simonyanın "Standard İnsurance Georgia" şirkətində satış üzrə meneceri olması haqqında məlumat yayımlandan sonra bəzi saytlar xəbər vermişdirlər ki, şirkət bu məlumatı təkzib edib və bildirib ki, Simonyan yezidi kürddür. Amma araşdırmalar zamanı bəlli olub ki, Simonyan sırf erməni soyadıdır və "Simonyan nəslinə aid" mənasını daşıyır. Bu barədə analizfamili.ru saytı yazır.

Bəs "Standard İnsurance" şirkətinin rəhbərliyinə "Standard İnsurance Georgia"da ermənilərin işləməsindən xəbərdardırmı? Şirkət rəhbərliyi bu suala cavab vermək əvəzinə guya "Standard İnsurance Georgia"nın satıldığını iddia edir.

Bununla bağlı şirkətin adının açıqlanmasını istəməyən xanım əməkdaşı danışıb. Onun sözlərinə görə, "Standard İnsurance" ötən ilin dekabr ayında "Standard İnsurance Georgia"nı satıb.

"Hazırda "Standard İnsurance Georgia"nın Azərbaycana heç bir aidiyyatı yoxdur”, deyə şirkət əməkdaşı 365.az-a bildirib.

Adının açıqlanmasını istəməyən xanım əməkdaş jurnalistin "Amma mətbuatda yayılan məlumatlarda hər iki şirkətə Kamran Bağırovun rəhbərlik etdiyi deyilir..." sözlərinə belə cavab verib:

"Biz bu KİV-lərə öz cavabımızı vermişik. Sizi maraqlandıran sualları [email protected] göndərə bilərsiniz. Bütün suallarınızı cavablandırmağa hazırıq”.
Azərbaycanlının rəhbərlik etdiyi şirkət ermənilərə çörək verir
Azərbaycanlının rəhbərlik etdiyi şirkət ermənilərə çörək verir
Azərbaycanlının rəhbərlik etdiyi şirkət ermənilərə çörək verir
Geri qayıt