Nazirlər Kabinetinin “vurulan” məmurları kimlərdir? - SİYAHI

Nazirlər Kabinetinin “vurulan” məmurları kimlərdir? - SİYAHI Xəbər verdiyimiz kimi Nazirlər Kabinetinin aparatında struktur dəyişikliyi edilib, nəticədə 8 şöbə müdiri işdən azad olunub. Bundan əlavə, digər bölmələrdə də ixtisarlar aparılıb.
Ancaq nədənsə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli həmin şəxslərin kimliyi barəsində açıqlama verməkdən imtina edib.
Buna baxmayaraq, Nazirlər Kabinetində ləğv edilən şöbələrin və pensiyaya göndərilən məmurların kimliyini öyrənə bilib.

Beləliklə, yaş həddinə görə, yola salınanlar bunlardır:
Baş nazirin 85 yaşlı müşaviri Musa Məmmədov
Ümumi şöbənin müdiri Ziyavəddin Qasımov
Sənaye və energetika şöbəsinin müdiri Səyyad İsmayılov
Ekologiya şöbəsinin müdiri İlyas Əlizadə
Humanitar məsələlər şöbəsinin müdiri İsmayıl Sadıqov
Nazirlər Kabinetinin ləğv olunan şöbələri isə aşağıdakılardır:
MDB ölkələri ilə iş şöbəsi (müdir Kamal İsmayılzadə)
Məxfi Şöbə (Müdir Kamil Katibli)
Kadrlar Şöbəsi (Müdir Səriyyə Əzimova)
Hərbi və inzibati şöbə (müdir Elman Gərayzadə)
Onu da xatırladaq ki, Nazirlər Kabinetindəki dəyişikliklər prezident İlham Əliyevin 23 avqustda verdiyi fərman əsasında aparılır. Fərmanda isə qeyd olunur ki, aparatın yeni ştat cədvəli 1 ay müddətinə tərtib olunmalıdır.
Ştat sayı isə 200 nəfər olmalıdır.

Gununsesi.info
Geri qayıt