Nazirlər Kabineti işdən azad olunan şöbə müdirlərinin adlarını GİZLİ SAXLAYIR?

Məsələ ilə bağlı Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli ilə telefon əlaqə saxlamağa çalışdıq.
Lakin özünü təqdim etməkdən imtina edən mətbuat xidmətinin əməkdaşı işdən çıxarılan 8 şöbə müdirinin adlarını açıqlamaqdan imtina etdi.
Nazirlər Kabinetindən bildirildi ki, dəyişikliklər prezident İlham Əliyevin 23 avqustda verdiyi fərman əsasında aparılır. Fərmanda isə qeyd olunur ki, aparatın yeni ştat cədvəli 1 ay müddətinə tərtib olunmalıdır. Ştat sayı isə 200 nəfər olmalıdır.
Gununsesi.info