Müdafiə Nazirliyi: “Ermənilərin əsir götürdüyü Elnur Hüseynzadə ordudan xaric edilib”

Müdafiə Nazirliyi: “Ermənilərin əsir götürdüyü Elnur Hüseynzadə ordudan xaric edilib” Azərbaycan Silahlı Qüvvələri bölmələrinin fevralın 1-də cəbhə xəttində guya təxribat törətməsi və itki verməsi barədə erməni tərəfinin yaydığı məlumat yalandır

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, cəbhə xəttində heç bir aktiv döyüş toqquşması baş verməyib.

Erməni tərəfinin yaydığı xəbərdə adı çəkilən Elnur Hüseynzadə mütəmadi olaraq hərbi intizamı pozması və xidmətə çıxmaması səbəbindən bir müddət əvvəl Silahlı Qüvvələrdən tərxis olunub və hazırda hərbi xidmətdə deyil.
Geri qayıt