“Astan Şahverdiyev, niyə hər yerə başını soxursan?” - Deputata cəza veriləcək

“Astan Şahverdiyev, niyə hər yerə başını soxursan?” - Deputata cəza veriləcək Milli Məclisin İntizam komissiyası növbəti dəfə qalmaqallı fikirlər səsləndirən deputat Astan Şahverdiyevlə bağlı toplanacaq.

Bu barədə açıqlamasında Milli Məclisin İntizam komissiyasının sədri, deputat Ağacan Abıyev məlumat verib.

A.Abıyev bildirib ki, Astan Şahverdiyev dediyi fikirlərinə görə bir neçə dəfə qalmaqal yaradıb:

"Hətta, ötən dəfə Astan Şahverdiyev fikirlərinə görə xalqdan üzr də istəmişdi. İndi yenidən qalmaqal yaradıb. Adama deyərlər, sən öz işindən danış da! Sən bu işin içində deyilsənsə, niyə yalan danışırsan? Axı kim səndən danışmağı xahiş edir? Anlaya bilmirəm ki, Astan Şahverdiyev, niyə hər yerə başını soxursan? Bu cür hadisələr çox olur. Görmədiyin şeylərə görə niyə əminliklə danışırsan? Deputat yalan danışmaz”.

A.Abıyev deyib ki, hazırda Komissiya üzvləri, deputatlar tətildədirlər:

"Sentyabrın 5-10-dan sonra deputatlar işə qayıdanda yəqin ki, bu məsələ ilə bağlı toplanacağıq. Sentyabr ayı gəlsin, mən bu məsələ ilə bağlı Komissiyanın iclasını keçirəcəm”.

Xatırladaq ki, Milli Məclisin deputatı Astan Şahverdiyevin Baş nazirin müavini, "Qaçqınkom”un sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus "10-PP-203” dövlət qeydiyyat nişanlı "Mercedes Gelandewagen” avtomobilinin qəza törətməsi ətrafında yaranan qalmaqalla bağlı müsahibəsi qalmaqal yaradıb.

"Ölkə.Az"
Geri qayıt