Yanan "Gelandewagen"lə bu maşın yarışırmış - FOTO

Yanan "Gelandewagen"lə bu maşın yarışırmış - FOTO Ötən gün Bakının Heydər Əliyev prospektində baş verən dəhşətli qəza hələ də müzakirə olunmaqdadır.

10-PP-203 dövlət nömrə nişanlı “Gelandewagen” əvvəlcə 3 piyadanı vurub, daha sonra isə idarəetməni itirərək, işıq dirəyinə çırpılıb.

Hadisə şahidlərinin dediyinə görə, Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus olan “Gelandewagen” başqa bir maşınla ötüşürmüş.

Sosial şəbəkələrdə də artıq bu barədə məlumatlar dolaşır. Sözügedən maşının 99 FS 777 dövlət nömrə nişanlı “Mazda” avtomobili ilə yarışdığı bildirilir.

Bəhs edilən “Mazda”nın fotolarını təqdim edirik:
Yanan "Gelandewagen"lə bu maşın yarışırmış - FOTO
Yanan "Gelandewagen"lə bu maşın yarışırmış - FOTO
Yanan "Gelandewagen"lə bu maşın yarışırmış - FOTO
Geri qayıt